Türkiyənin Qars şəhərində “Heydər Əliyev-2022” Birgə Batalyon Əməliyyat Qrupunun təlimi davam edir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter"də məlumat yayıb.

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə keçirilən təlimin növbəti etapı “Yüksək Səviyyəli Müşahidəçi” günü adı ilə təşkil olunub.