Rusiya hərbçiləri Donetsk vilayətinə hücum həyata keçirib.

"Unikal" xəbər verir ki, bunu Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər yaralanıb.