Burkina-Fasonun Kompienqa əyalətinin Madjoari rayonundakı hərbi bazaya hücum edilib.

"Unikal" xəbər verir ki, bu barədə Burkina-Faso ordusu məlumat yayıb. Qarşıdurmalar zamanı 11 əsgər ölüb, 20 nəfər yaralanıb.

Qeyd edək ki, hücumun edildiyi ölkədə Əl-Qaidə terror təşkilatı aktiv fəaliyyət göstərir.