Ötən il paylaşdığı açıq-saçıq fotoları "Instagram" hesabından silinən Madonna yenidən platforma tərəfindən senzuraya məruz qalıb. 

"Unikal" xəbər verir ki,  "Instagram" paylaşdığı fotolara görə müğənniyə canlı yayım qadağası qoyub.  

Platformadan verilən açıqlamada məşhur müğənninin nalayiq foto paylaşdığını iddia edilərək canlı yayıma mane olunduğu bildirilib

"Instagram"da 18 milyon izləyicisi olan 63 yaşlı Madonna platformanın qadağasına, "Çox qəribədirlər. Niyə qadağanı qüvvəyə mindirəndə mənə bir səbəb göstərmirlər? Niyə belə müəmmalı davranırlar",- deyə ifadə edib.