İranda qeyri-qanuni fəaliyyətlə məşğul olan 2 nəfər Fransa vətəndaşı həbs edilib.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki,  bu  barədə İranın təhlükəsizlik naziri Seyid İsmail Xətib məlumat yayıb. 

Onun sözlərinə görə turist kimi İrana gəzməyə gəldiklərini söyləyən 2 nəfər fransalı ölkədə xaos yaratmaq və ictimai-siyasi sabitliyi pozmaq məqsədilə bəzi destruktiv qrupların nümayəndələri ilə görüşüblər.

Həmin şübhəli bilinərək saxlanılıb. Fransalılar ölkə qanunlarına uyğun olaraq istintaqa cəlb olunublar. 

Araşdırmalar davam edir.