Dünya şöhrətli yunan bəstəkarı, bir çox filmlərin musiqi müəllifi Vangelis vəfat edib.

“Unikal” “ERT” kanalına istinadən xəbər verir ki, Vangelis kimi tanınan Evangelos Odisseas Papatanasiou 79 yaşında vəfat edib. O, Fransada xəstəxanaların birində koronavirusdan müalicə alırdı.