Hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:

Bolqarıstan Respublikası;

Butan Krallığı;

Cənubi Afrika Respublikası;

Qvatemala Respublikası;

Laos Xalq Demokratik Respublikası;

Livan Respublikası;

Mavriki Respublikası;

Misir Ərəb Respublikası;

Myanma İttifaqı Respublikası;

Nepal Federativ Demokratik Respublikası;

Paraqvay Respublikası;

Şimali Makedoniya Respublikası;

Şri-Lanka Demokratik Sosialist Respublikası;

Vyetnam Sosialist Respublikası.