Müğənni Nadir Qafarzadə toylara gedəndə özü ilə termos aparır. 

"Unikal" xəbər verir ki, bu barədə onun oğlu Əziz "Söhbət var" verilişində deyib. Övladının sözlərini  təsdiqləyən Nadir Qafarzadə bunun səbəbini açıqlayıb:

"Uzun illərdir bu belədir. Artıq rayon toylarına da gedəndə aparıram. Ofisianta deyirsən çay gətir, başı qarışır, gec gəlir. Mən də ona görə termosumu, birdəfəlik çay paketimi, mürəbbə və ya balımı yanımda aparıram. Süzürəm və içirəm. Özüm özümə qulluq edirəm".