Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın (QAK) Azərbaycandakı nümayəndəliyinin “İcma əsaslı hamilik” mövzusunda keçirdiyi təlimdə iştirak edib.

"Unikal" xəbər verir ki, təlimdə icma əsaslı hamilik konsepsiyası haqqında ümumi anlayışlardan bəhs olunub, onun əsas elementlərindən danışılıb. İki hissədən ibarət olan təlimdə iştirakçılara əvvəlcə icma anlayışı, icmaların formalaşdırılmasının əhəmiyyəti, onların cəmiyyətdəki rolu, müxtəlif qurumlarla qarşılıqlı əlaqəsi, icma problemlərinin həlli yolları barədə ilkin nəzəri məlumatlar verilib.  İkinci mərhələdə isə icma əsaslı fəaliyyət üzrə interaktiv yarışlar keçirilib, təqdimatlar olub. 

Təlimin yekununda iştirakçılara BMT QAK-ın sertifikatları təqdim edilib.