Moldovanın Baş Prokurorluğu keçmiş prezident İqor Dodona qarşı korrupsiyada şübhəli bilinərək cinayət işi açıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prokurorluğun mətbuat katibi Mariana Kerpek məlumat verib.

Onun sözlərinə görə, mayın 18-də baş prokuror Dumitru Robu 2020-ci ilin yayında ictimaiyyətə görünən videolara görə cinayət təqibi barədə göstəriş verib.

Cinayət işinin əsasını İqor Dodonun 2019-cu ilin iyununda Demokratlar Partiyasının o vaxtkı lideri Vladimir Plaxotnyukla görüşünün videoyazıları təşkil edib. Demokratik Partiyanın ofisində çəkilmiş videoda Plaxotnyukun Dodona böyük qara paketi verdiyi göstərilir. Söhbətdən görünür ki, paketdə o zaman Dodonun rəhbərlik etdiyi Sosialist Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.

Video 2020-ci ildə deputat Yuri Renice tərəfindən yayımlanıb. 2020-ci ilin iyun ayının sonunda Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu “yoxlama zamanı cinayət tərkibi aşkar edilmədiyini” bildirərək, videoçəkilişlər əsasında cinayət işi başlamaqdan imtina edib.

Gülayə  Mecid