Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsində açıq ərazidə yanğın başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanır. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.