Modellərin mübahisəsi davaya çevrilib.

"Unikal" xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Bildirilir ki, Slovakiyanın paytaxtı Bratislavada əylənmək üçün getdikləri gecə klubunun qarşısında iki tanınmış britaniyalı model Kristal Foster və rəfiqəsi Beth Adams arasında söz çəkişməsi sonda əlbəyaxa davayla nəticələnib. Məşhur modellər bir-birlərini yerdə sürüyərək yumruqlaşıblar.

Hadisə yerinə gələn polis, iki modeli ayıraraq ifadələrini aldıqdan sonra ölkələrinə göndərib. Bununla  bağlı "The Sun" qəzetinə danışan Kristal Foster baş verənlərə belə aydınlıq gətirib: "Slovakiyada bir promosyon şənliyində olarkən bir neçə mühafizəçinin hücumuna məruz qaldım. O, mənə yumruq vuranda əsəblərim pozuldu və birdən aqressiv oldum. Beth məni sakitləşdirməyə çalışdı.  Özümüzü gülünc bir döyüşün ortasında gördük”.
Görüntülər Slovakiya mətbuatında yayımlandıqdan sonra modellər sosial mediada müzakirə obyektinə çevriliblər.

Twitter hesabında paylaşan Beth, "Bu səhər polis tərəfindən dindirilmək gözəl idi" deyə bildirib.

Ramil Zeynallı