Ölkənin hakimiyyət orqanlarının Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı mövqeyinə görə Türkiyə NATO-dan çıxarıla bilər. 

"Unikal" xəbər Bu barədə CNN-in materialında qeyd olunub.

“Xüsusilə Ərdoğan üç il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı artıq çoxlu fikirlər var idi", - məlumatda deyilir. 

Bildirilib ki, Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dostudur. 

Qeyd edək ki, Ərdoğan bir müddət əvvəl Finlandiya və İsveçin NATO-ya üzv olmasını bəyənməyəcəyini bildirərək, ölkə rəhbərliyindən ondan inciməməyi xahiş etmişdi. 

Ağarza Elçinoğlu