NATO-nun Baş katibi Rusiyanın Ukraynada müharibəsinin planlaşdırılmadığını və onun Donbasın şərqini ələ keçirmək cəhdinin “dalana dirəndiyini” deyib.

"Unikal" xəbər verir ki, Yens Stoltenberq həmçinin bildirib ki, Ukrayna münaqişədə qalib gələ bilər.

Ukraynanın Xarkovda rəsmilər Rusiya qüvvələrinin sərhəddən geri çəkildiyini və sakinlərin geri qayıtdığını bildirib."Rusiyanın Ukraynadakı müharibəsi Moskvanın planlaşdırdığı kimi getmir",-deyə Stoltenberq bildirib.

"Ruslar Kiyevi işğal edə bilmədilər, Xarkov ətrafından geri çəkilirlər, onların Donbasdakı əsas hücumu dalana dirənib. Rusiya strateji məqsədlərinə çatmır",-deyə Stoltenberq NATO Xarici İşlər nazirlərinin görüşündə çıxış edib.

Həmçinin, Baş katib hərbi uğursuzluqlara əlavə olaraq, işğalın başqa bir nəticəsi odur ki, Rusiya İsveç və Finlandiya ilə birlikdə genişlənmiş NATO ilə üzləşəcəyini deyib.

Aynurə Xudaverdiyeva