"Karib dənizinin quldurları" filminin yeni mövsümündə Conni Deppin canlandırdığı "Kapitan Sərçə Cek" obrazını başqa bir personaj əvəz edə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə "The Wrap"a verdiyi şərhdə filmin prodüseri Cerri Brükhaymer bildirib ki, Conni Deppin layihəyə qayıtması çətin olacaq.

"Ancaq gələcək hələ təyin olunmayıb", - o, bildirib.

Prodüserin sözlərinə görə, aktrisa Marqot Robbi "Karib dənizinin quldurları 6" filmində baş rolda yer ala bilər. Hazırda rejissorların iki ssenarisi hazırlanıb, onlardan biri Robbi ilədir.

Qeyd edək ki, keçmiş həyat yoldaşı Amber Heard onu məişət zorakılığında ittiham etdikdən sonra Depp franşizadan uzaqlaşdırılıb.

Ağarza Elçinoğlu