Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin sammiti keçirilir.

"Unikal" xəbər verir ki, sammit KTMT-nin yaradılmasının 20-ci ildönümünə və Kollektiv Təhlükəsizlik haqqında Müqavilənin imzalanmasının 30 illiyinə həsr olunub.

Qeyd edək ki, KTMT-yə üzv dövlətlərin liderləri görüş zamanı hərtərəfli sənədlər, eləcə də təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatını imzalayacaqlar.