İraqda davam edən şiddətli qum qasırğası ilə əlaqədar üç beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, paytaxt Bağdadla yanaşı Nəcəf və Süleymaniyyə şəhərlərində aeroportlar bağlanıb.

Qeyd olunur ki, ölkə ərazisində indiyədək 2 min nəfər qasırğadan zərər çəkib. Bazar ertəsi İraqın yeddi əyalətində qeyri-iş günü elan edilib. Tədris müəssisələri bağlanıb.