Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının formalaşmasına dair əldə edilən razılıqdan danışıb. 

"Unikal"ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığında komissiya barədə təklif səsləndirib: 

"Nəzərə alaq ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesi bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Ona görə təklif etdik ki, komissiya fərqli formatda təşkil edilsin",-deyə Ceyhun Bayramov əlavə edib. 

Onun sözlərinə görə, Azərbaycanın təklifi bundan ibarətdir ki, komissiyaya rəhbərliyi baş nazir etsin. Ermənistanın xarici işlər naziri bunu anlayışla qarşıladı. Amma bildirdi ki, Ermənistana bunu müzakirə etmək üçün vaxt lazımdır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Birgə Sərhəd Komissiyasının yaradılmasına dair razılığa gəliblər. 
Komissiyanın aprelin sonunadək formalaşması nəzərdə tutulsa da, bu, hələlik baş tutmayıb.

Anar Kəlbiyev