Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

O bildirib ki, hazırda Azərbaycanın dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub.