Abşeronda evlərdən oğurluqda təqsirləndirilərək tutulan şəxsin daha iki evdən oğurluq etdiyinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş T.Baloğlanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha iki evdən 13400 manat dəyərində qızıl-zinət əşyaları, 640 manat pul, noutbuk və videokamera oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.