"Ferrari" avtomobil şirkəti  dünyaca məşhur kanadalı müğənni Castin Biberə avtomobil satmaq istəmədiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, brendin prestiji üçün sərt qaydaları olan "Ferrari" 2016-cı ildə Biberin avtomobilini rəngləməsinin qəbuledilməz olduğunu bildirib. “Nəqliyyat vasitəsini hərraca çıxarmaq” maneəsini aşdığı bildirilən müğənninin “qara siyahı”ya salındığı açıqlanıb.

Brend, alıcıya avtomobili 1 il ərzində yenidən satmağı qadağan edir və satışdan əvvəl onlara məlumat verilməsini istəyir.