Mayın 5-də saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Əlizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Tahir Süleymanovu vurub.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

Sabunçu RPİ-də araşdırma aparılır.