Azərbaycanda 13 yaşlı qız zorlanıb.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Oranın sakini olan bir qadın Abşeron Rayon Polis İdarəsinə müraciət edərək, 13 yaşlı qızı R.C.-nın 16 yaşlı oğlan tərəfindən zorlandığını bildirib.

Daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

Qeyd edək ki, ittiham olunan oğlan və zərərçəkmiş qız məktəblidirlər.