Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "qırmızı-qaralar" 4-cü pilləyə yüksəlib. 42 xala malik "qartallar" isə üçüncü sıradadır.

Qeyd edək ki, günün ikinci matçında "Sumqayıt" "Neftçi"ni qəbul edəcək.