Daxili İşlər Nazirliyi (DİN) Bakıda tələbənin intiharı ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a daxil olan məlumatda deyilir:

"Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atmışdır. O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşmüşdür. Nəticədə X.Babayeva hadisə yerində ölmüş, Z.Niyazov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib".

***

3 may, 17:32

Bakıda 17 yaşlı məktəbli qızın intiharının görüntüləri yayılıb.

"Unikal" xəbər verir ki, görüntülər yaşayış binasının təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Sürətlə yerə doğru gələn qızı kişi tutmaq istəsə də nəticədə özü də ağır bədən xəsarətləri alıb. Qız isə hadisə yerindəcə ölüb.

xxx

14:32

Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. 

Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.