Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində Oğuz Rayon Polis Şöbəsi, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildiriblər ki, rayonun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. Götürülən qumbara təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.