Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində evdə yanğın olub.

"Unikal" xəbər verir ki, ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 96 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.