Müğənni İlahə Fəda "Söz baz" proqramına qonaq olub.

"Unikal" xəbər verir ki, o, verilişdə bəzi açıqlamalar verib. Sənətçi övladı olmadığı üçün şükür etdiyini bildirib:

"Yaşama səbəbim anamdır. Əgər olsaydı övladım deyərdim. Onu da özümə dərd edən deyiləm. Daha nə qədər dərd çəkim? Olmayan şeyin dərdini niyə çəkim? Arada Allaha şükür edirəm, yaxşı ki, övladım yoxdur. Çünki çox ağır zamandır".