Estoniya rusiyalı müğənni Filipp Kirkorovun ölkəyə girişini qadağan edib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni Polina Qaqarina və onun ölkəyə girişinə 5 il qadağa qoyulub. Buna səbəb isə sənətçilərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləmələri olub.

Qeyd edək ki, Kirkorovun mayın 27-də, Qaqarinanın isə sentyabrın 23-də Estoniyada konserti nəzərdə tutulurdu.