Aprelin 27-də Şuşada parlamentin İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;

2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;

3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.

Qeyd edək ki, Milli Məclisdə komitələrin iclaslarının Şuşada keçirilməsi üçün qrafik tutulub.