Türkiyə əsgəri İraqda terrorçularla qarşıdurmada həlak olub.

Bu barədə “Unikal” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Əsgər Çavuş Furkan Gök “Pençe Kilit" əməliyyat zonasında yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.