Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız illər ötsə belə, bizim aramızda olmasalar belə hər zaman ürəklərimizdə əbədi yaşayacaqlar. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər olmaqla, 339 nəfər şəhid verib. 

"Unikal" xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 nəfəri “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Vətən müharibəsində 5 nəfər “Azərbaycan Bayrağı” ordeni, 2 nəfər “Qarabağ” ordeni, 4 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, habelə 49 nəfər müxtəlif adda 189 ədəd orden və medallarla təltif ediliblər. Vətən müharibəsində iştirak edən 242 nəfər hərbi qulluqçu 591 ədəd orden və medallarla təltif olunublar. Bala Çaylı kəndindən olan mayor Nicat Bədəlov isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşənin yaradılması, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan Abidə Kompleksi və ətrafında salınmış park şəhidlərimizə olan hörmət və ehtiramın göstəricisidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamlarına əsasən 12 küçəyə - 11 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidlərinin adlarının verilməsi şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən işlərdəndir. 
Qazaxda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görür. 
Hər bayram və əziz günlərdə rayonumuzda olan bütün şəhid ailələri rayon rəhbərliyi tərəfindən anılır, onlara maddi və mənəvi yardımlar göstərilir. Onu da qeyd edək ki, artıq bu, Qazaxda ənənə şəklini alıb. 
Bütün bayram və əziz günlərdə olduğu kimi, Ramazan bayramı ərəfəsində də şəhid ailələri, müharibə əlilləri, iştirakçıları unudulmayıb. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün iftar süfrəsi açılıb.
“Qazax” şadlıq sarayında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar,