Özünü elan etmiş Donetsk Xalq Respublikasının qüvvələri Mariupol televiziya mərkəzinə nəzarəti ələ keçirib.

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya sözügedən bölgədə federasiya kanallarını yayımlamağa hazırlaşır. 

Rabitə naziri İqor Xalepa sözügedən məkana gəlib. Onun sözlərinə görə, infrastruktur siqnalın DXR-in cənub hissəsinə və Zaporojye vilayətinin ərazisinə yayılmasına imkan verəcək.

Ağarza Elçinoğlu