Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistanın baş nazir müavinləri ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Klaar tviter hesabında yazıb.

“Ötən gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə, bu gün isə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla kommunikasiyaların açılması ilə bağlı görüşüm oldu. Hər iki tərəfdən güclü öhdəlik görmək çox yaxşıdır”, - deyə paylaşımda qeyd olunub.