Əməkdar artist Mehriban Xanlarova "7 canlı" proqramına qonaq olub. 

"Unikal" xəbər verir ki, aktrisa verilişdə pandemiya ərəfəsində işsiz qalmasından danışıb

"Pandemiyada ən çox sənət adamları əziyyət çəkdi. Bunu deməkdən utanmıram: pandemiyada gedirdim teatrın arxada sənət adamlarının girdiyi qapısını öpürdüm. Qurban demişdim ki, teatrlar açılan gün kəsəcəm. Etdim də, teatrlar açılanda qurban kəsdim. İnsan əhvalı olmayanda özünü atırsan teatra. Çəkdiyin əziyyəti undursan. Səhnə bizə hər şeyi unutdurub", -  deyə o,  bildirib.