Ukraynanın qərbindəki Ujqorod şəhərində rus yazıçısı Aleksandr Puşkinin abidəsi hakimiyyətin qərarı ilə sökülüb.

"Unikal" xəbər verir ki, bu barədə Ujqorod şəhər şurası bildirib.

"Ujqorodda Aleksandr Puşkinin büstü sökülüb. Xatırladaq ki, sökülmə haqqında qərar bu gün səhər Ujqorod şəhər şurasının deputatları tərəfindən fövqəladə sessiyada dəstəklənib", - şəhər şurası "Telegram" kanalında bildirib.

Qeyd edək ki, əvvəllər ölkənin qərbində Ternopol və Mukaçevoda Puşkinin abidələri sökülüb.

Ağarza Elçinoğlu