Britaniyalı yazıçı, detektiv romanları və trillerlər müəllifi Cek Hiqqins 92 yaşında vəfat edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Bildirilir ki, Hiqqins Cersidəki evində dünyasını dəyişib. 

Qeyd edək ki, 1929-cu ildə Britaniyada anadan olan Hiqqins yazıçılıq karyerasına 1959-cu ildə başlayıb. O, 85 əsər yazıb, onun ən məşhur romanları arasında “Qartal qondu” və “Gecəyarısı zəngi” yer alır.