Eden Hazard "Real"dan ayrıla bilər.

"Unikal" "Foot Mercato"ya istinadən xəbər verir ki, "Arsenal" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Lakin belçikalı futbolçu müqaviləsinin sonunadək Madrid klubunda qalmaq istəyir. "Kral klubu"nun rəhbərliyi oyunçunu sözləşməsi yekunlaşmamış satmaq arzusundadır.

Bildirək ki, onun sözləşməsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, Belçika millisinin üzvü  bu mövsüm 22 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.