Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə tələbə qəbulu davam edir.

"Unikal"  Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadən xəbər verir ki, bu gün 17:40-a olan məlumata əsasən, artıq 3320 namizəd ərizəsini təsdiq edib.
Onlardan 3213-ü Azərbaycan, 107-si isə rus bölməsində təhsil alanlardır.

Qeyd edək ki, ərizə qəbulu aprelin 5-dən başlanılıb və ayın 25-dək davam edəcək.