“Məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır”.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

“Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib”, - məlumatda deyilir.