Ötən gecə Moskvada vəfat edən Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

"Unikal" xəbər verir ki, R.İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlətimiz tərəfindən müvafiq tədbirlər görülür.

***

16:32

Kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib.

"Unikal" xəbər verir ki, o, dünən axşam Moskvada dünyasını dəyişib. 

Qeyd edək ki, R. İbrahimbəyov uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.