Türkiyəli sosial media fenomeni Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussidən yenidən ayrılıb.

"Unikal" xəbər verir ki, bu barədə Şeyma "Instagram" hesabında məlumat yayıb.

"Sizin də bildiyiniz və şahid olduğunuz kimi təxminən 1 il yarımdır Mohammed Alsaloussi ilə yaşadığımız münasibəti sonlandırmaq qərarı aldıq. Hər münasibətdə ola bildiyi kimi biz də yaşadığımız fikir ayrılıqları səbəbindən bunu uzatmaq əvəzinə bir-birimizə qarşı olan hörməti saxlayaraq ayrıldıq. Aldığımız bu qərar və keçdiyimiz bu həssas müddətə hörmət və anlayışla yanaşmağınızı xahiş edirəm".

Qeyd edək ki, Şeyma Subaşı Acun Ilıcalı ilə evli olub. Onların bu izdivacdan qızları var.