Burkina-Fasoda terror aktları səbəbindən 3280 məktəb bağlanmalı olub.

"Unikal" xəbər verir  ki, Burkina-Faso Təhsil Nazirliyinin sözçüsü Alkassum Maiga, terror hücumları səbəbiylə 3280 məktəbin bağlandığı məlumatını paylaşıb. 

Məktəblərin bağlanması səbəbindən 511 min 221 şagirdin təhsil həyatından məhrum edildiyini vurğulayan Maiga, 14 min 901 müəllimin də eyni səbəbdən işsiz olduğuna diqqət çəkib.