İraqın Bağdad, Kərkük və Diyala şəhərlərində keçirilən əməliyyatlarda 8 İŞİD üzvünün ələ keçirildiyi açıqlanıb.

"Unikal" xəbər verir  ki, bu  barədə  İraq hökuməti açıqlama yayıb. 

Bağdadda 4, Kərkükdə 3 və Diyalada 1 İŞİD üzvünün ələ keçirilən terrorçular ədliyyəyə sövq edilib. Onlar  barəsində  araşdırma aparılır.