Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 65 milyon manata çatır.

"Unikal" xəbər verir ki, Fonda toplanan vəsait 64 930 525.72 manatdır. Həmin vəsaitdən 17 634 311.05 manatı fiziki şəxslər, 47 296 214.67 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 49 497 446.15 manatı xərclənib. Vəsaitin qalığı isə 15 433 079.57 manatdır.

Anar Kəlbiyev