“Çocuklar Duymasın” serialının baş rol ifaçısı Pınar Altuğ Atacan sosial media hesabında yeni fotosunu paylaşıb.

Unikal.org xəbər verir ki, izləyicilərdən biri aktrisanın bədənindəki döymələri tənqid edərək, onları silməsini tövsiyə edib. "Mən olsam bu döymələri sildirərəm. Niyə özünüzü damğalamısız? Doğum ləkəsi olanda sevilmir, amma siz özünüz bunu etmisiniz" - deyə, şərhdə yazılıb.

Pınarın ünvanına gələn tənqidə cavabı gecikməyib. 

"Mən öz döymələrimi sevirəm. Fikirlərimə sayğı duyun. Məlum bu mənim bədənimdir" - deyə, o, sərt şəkildə şərhi cavablayıb.