ABŞ-ın paytaxtı Vaşinqton şəhəri yaxınlığında hərbi bazaların biri bağlanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  buna hərbi bazada partlayış təhlükəsi ilə bağlı anonim zəngin daxil olması səbəb olub.

Qeyd olunur ki, zənglə əlaqədar hərbi bazaya giriş-çıxış məhdudlaşdırılıb, şəxsi heyət kazarmalara yerləşdirilib. Hazırda hərbi baza ərazisində partlayıcı maddənin, eləcə də silahlı şəxsin axtarışları davam etdirilir.