İranda ötən sutka ərzində 199 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 396 nəfər yoluxub.

Unikal.org xəbər verir ki, bununla da İranda məlum virusdan ölənlərin sayı 124 075 nəfərə, yoluxanların sayı isə 5 784 815 nəfərə çatıb. Virus daşıyıcılarından 4 769 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 324 108 nəfər koronavirusdan sağalıb, 34 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə isə qonşu ölkədə, təxminən, 72,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 48,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 24,2 milyon təşkil edir.