"Elnur Əşrəfoğlunun vəziyyəti  hazırda  qənaətbəxşdir".

 Bu barədə Unikal.org-a  jurnalistin qohumu məlumat verib.  Onun sözlərinə  görə,  Elnur Əşrəfoğlunun son göstəriciləri stabildir. 

"Bildiyiniz kimi, Elnur  ECMO aparatından ayrılıb. Kritik vəziyyətdən çıxıb. Səhhəti yaxşılığa  doğru gedir. Şükürlər  olsun ki, gözlərini açıb. Danışa bilməsə də, ona verdiyimiz suallara reaksiya verir. Həkimin nəzarəti altındadır". 

Gülayə  Mecid