Dünyanın bir sıra ölkələrində “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

Unikal.org xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib.

Problemlərlə bağlı şikayətlərin əksəriyyəti Rusiya, Polşa, İtaliya, Macarıstan və digər ölkələrdəki istifadəçilərdən daxil olub.

İstifadəçilərin 68%-i qeydiyyat, 30%-i vebsaytın işləməsi, 2%-i axtarışda problemin olduğunu bildirib.